ABŞ və Kanada arasında yeni ticarət sazişinin imzalanması gözlənilir - Baku TV
ABŞ Prezidenti Donald Tramp mövcud fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Ottavanın gec-tez ticarət sazişi imzalayacağını bəyan edib.
Amerika Prezidenti bu barədə ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Mən kanadalıları sevirəm, amma onların siyasətçiləri dəhşətlidir. Biz hər il 90 milyard dollar itiririk. Mən isə pul itirməyi sevmirəm. Buna görə də gec-tez razılaşma əldə edəcəyik və bu, möhtəşəm olacaq”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Kanadanın keçmiş baş naziri Castin Trüdonu da tənqid edərək onu uğursuz siyasətçi adlandırıb. Bununla yanaşı, Kanadanın hazırkı hökumətinin başçısı Mark Karnini yaxşı insan kimi xarakterizə edib. Lakin Tramp onun ticarət məsələlərində Vaşinqton üçün əlverişsiz mövqe tutduğunu vurğulayıb.
“Ancaq söhbət ticarətdən gedəndə o, o qədər də yaxşı deyil. Buna görə də onlar öyrənirlər və əziyyət çəkirlər. Onlar ticarətlərinin 95 faizini bizimlə aparırlar. Biz isə onlarla çox az ticarət edirik”, – deyə ABŞ lideri qeyd edib.
Tramp ABŞ-nin Kanada ilə ticarətdə hər il üzləşdiyini iddia etdiyi 90 milyard dollarlıq itkilərlə barışmaq niyyətində olmadığını bildirib.
O həmçinin Kanada hakimiyyətini Amerika vəsaitlərindən səmərəsiz istifadə etməkdə, o cümlədən səhiyyə sisteminin maliyyələşdirilməsinə və digər dövlət xərclərinə yönəltməkdə ittiham edib.
#ABŞ teqi istifadə olunub
- “Biz bunu Amerikanın böyüməsi kimi görürük” | Rubio 200 nəfərlə Səmərqəndə niyə getmişdi? - Baku TV
- ABŞ və Avropadakı etirazlar nə ilə fərqlənir? - 50 ştatda Trampa qarşı aksiyalar - Baku TV
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur
