Pleyeri seçin:

ABŞ və Ukrayna arasında imzalanan faydalı qazıntılar sazişinin hər iki ölkəyə əhəmiyyəti

01 may 2025 745 baxış

ABŞ və Ukrayna arasında imzalanan faydalı qazıntılar sazişi hər iki ölkəyə əhəmiyyətli fayda gətirmək potensialına malikdir.

Bu barədə “The New York Times” yazır.

Məqalə müəllifi qeyd edir ki, hazırda müqavilənin praktikada necə işləyəcəyi tam aydın deyil və ondan əldə olunan gəlirlər yalnız uzun illərdən sonra bilinəcək. Sənəd Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti verməsə də, Donald Trampın istədiyi kimi, Kiyevi yüz milyardlarla dollar borclandırmır.

Ekspertlərə görə, burada ən önəmlisi odur ki, saziş Prezident Donald Trampı Ukraynanın gələcəyi ilə əlaqələndirir.

“O, biznesmendir, həmişə hesablamalar aparır. Onun işgüzar zehniyyəti siyasətə yanaşmasını formalaşdırır. Ona görə də D.Trampın sövdələşmədəki motivasiyası ABŞ-nin Ukraynaya marağını qorumağa kömək edə bilər. Bunun praktikada necə işləyəcəyini zaman göstərəcək”, – ukraynalı politoloq Vladimir Fesenko bildirib.

“The New York Times”ın məlumatına görə, Ukrayna bununla hər şeyi yox, istədiyinin bir hissəsini ala bilib. Əlamətdar çatışmazlıq aydın təhlükəsizlik zəmanətlərinin olmamasıdır. Bununla belə, Ukrayna üçün faydalı qazıntı sazişinin özü müəyyən təsir əldə etmək imkanı verir.

D.Tramp hesab edir ki, ABŞ ilə birgə investisiya fondu özlüyündə təhlükəsizliyin təminatıdır. Amerika şirkətləri və Ağ Evin Ukraynanın gələcəyinə sərmayə qoyması Rusiyanı hansısa yolla yeni hücumdan çəkindirəcək.

Banner
İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI

İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 745 baxış
Avropa mayeləşdirilmiş qaz uğrunda kimlərlə rəqabət aparacaq? - Baku TV CANLI

Avropa mayeləşdirilmiş qaz uğrunda kimlərlə rəqabət aparacaq? - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 745 baxış
Dünya iki böhranın təsiri altında: yeni geosiyasi tarazlıq necə formalaşır? - AKTUAL GÜNDƏM

Dünya iki böhranın təsiri altında: yeni geosiyasi tarazlıq necə formalaşır? - AKTUAL GÜNDƏM

Dünya
31 oktyabr 2026 745 baxış
Strateji dəniz yolundakı tikinti niyə diqqət mərkəzindədir? - Baku TV CANLI

Strateji dəniz yolundakı tikinti niyə diqqət mərkəzindədir? - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 745 baxış
Vaşinqton və Tehran arasında hərbi gərginlik yenidən alovlanacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran arasında hərbi gərginlik yenidən alovlanacaq? - Baku TV CANLI

Dünya
31 oktyabr 2026 745 baxış
Millətçilik və parçalanma dalğası yüksəlir | Polşada nələr baş verir?

Millətçilik və parçalanma dalğası yüksəlir | Polşada nələr baş verir?

Dünya
31 oktyabr 2026 745 baxış
Polşada siyasi qarşıdurma pik həddə: Prezident və hökumət arasında nələr baş verir? - Baku TV

Polşada siyasi qarşıdurma pik həddə: Prezident və hökumət arasında nələr baş verir? - Baku TV

Dünya
31 oktyabr 2026 745 baxış
"Rusiyanın daha uzaq bölgələrinə zərbələr endiriləcək" | Volodimir Zelenski

"Rusiyanın daha uzaq bölgələrinə zərbələr endiriləcək" | Volodimir Zelenski

Dünya
31 oktyabr 2026 745 baxış
Rusiyada yazıçının düşüncə tərzini canlandıran layihə hazırlanır

Rusiyada yazıçının düşüncə tərzini canlandıran layihə hazırlanır

Dünya
31 oktyabr 2026 745 baxış
Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər

Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər

Dünya
31 oktyabr 2026 745 baxış
Seçilmişlər
icon