ABŞ və Ukrayna prezidentləri əsas məsələləri müzakirə ediblər
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Ağ Evdə keçirilən görüş zamanı Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə ediblər.
Bu barədə Ukrayna lideri Ağ Evin Oval kabinetində keçirilən görüşün yekunlarına dair özünün teleqram kanalındakı səhifəsində yazıb.
"Donald Trampla "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üçün diplomatik prosesi fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", – deyə o yazıb.
Volodimir Zelenski görüşü müsbət xarakterizə edərək onu yaxşı adlandırıb. O həmçinin iyulun 28-də dəfn mərasimi keçirilən senator Lindsi Qremin ölümü ilə əlaqədar Donald Trampa başsağlığı verib.
"Donald Trampa Lindsi Qremin ölümü ilə əlaqədar başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi", – deyə V.Zelenski bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp razılaşma əldə olunduğunu bəyan etdi
- ABŞ-nin ən böyük şirkətləri Ağ Ev üçün ianə verib
- Trampın təzyiqləri İranı yavaş-yavaş çökdürür? | Sakinlərin yaşayış uğrunda mübarizəsi - Baku TV
- Tramp və Netanyahunun İranla bağlı ortaq məqsədi nədir? - Baku TV CANLI
- Tramp hərbi əməliyyatın dayandırılması imkanını nəzərdən keçirmir
