Ağbaş qazlar Finlandiyada "hoqqa verdi" | Mühafizə olunan quşlar ölkədə görün nəyə ziyan vurdu
Ağbaş qazlar Finlandiyanın kənd təsərrüfatına ciddi ziyan vurur.
Bu barədə Finlandiya Kənd Təsərrüfatı və Meşəçilik Təsərrüfatı Məhsulları İstehsalçıları Federasiyasından məlumat verilib.
Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilin yazında quşlar rekord miqdarda məhsulu məhv edə bilərlər ki, bu da aclıq təhlükəsinə gətirib çıxara bilər.
Ölkədəki yaranmış vəziyyət fövqəladə tədbirlərin görülməsini tələb edir. Lakin ağbaş qazlar mühafizə olunan növdür və onların ovlanması ciddi şəkildə tənzimlənir. Quşların vurulması üçün icazə almaq olduqca mürəkkəb və çətin prosesdir.
Federasiyanın İdarə Heyətinin sədri Yuxa Marttila bildirib ki, Kənd və Meşə Təsərrüfatı Nazirliyi, həmçinin Ekologiya Nazirliyi təcili olaraq bu vəziyyətdən çıxış yolu tapmalıdır. Bunun üçün Avropa İttifaqının mövcud konvensiyalarının pozulması da mümkündür.
#Finlandiya teqi istifadə olunub
- İlham Əliyev Finlandiya Prezidentini təbrik edib - Baku TV
- Finlandiyalı xizəkçi, olimpiya mükafatçısı Krista Parmakoski bu tarixdə karyerasını bitirəcək
- İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- NATO-dan Kremli hiddətləndirəcək addım
- İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti ilə görüşdü
