Pleyeri seçin:

Ukraynalı jurnalist Putinin qızını Parisdə tapdı?

05 dekabr 2025 160 baxış

Ukraynalı jurnalist Dmitri Svyatnenko Parisdə Rusiya lideri Vladimir Putinin nikahdankənar qızı olduğu iddia olunan Yelizaveta Krivonoqixlə qarşılaşıb və ona bir neçə sual ünvanlayıb.

22 yaşlı gənc qız isə onu lentə alan ukraynalı jurnalistə çəkilişə icazə vermədiyini bildirib və suallara cavab vermək istəməyib.

“Üç həftə əvvəl sizin atanız mənim qardaşımı öldürdü, siz Avropada necə yaşayırsınız? Hazırda Kiyevdə işıq yoxdur və bu saniyələrdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilir. Biz də buna icazə verməmişdik”, – deyə D.Svyatnenko qeyd edib.

Bunun ardınca jurnalist Yelizavetaya V.Putinin siyasətinə necə yanaşdığını, onu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suallar verib. O isə cavabında məsələ ilə nə əlaqəsinin olduğunu soruşub.

“Siz Kiyevə gələ və “hava hücumundan müdafiə vasitəsi” kimi çıxış edə bilərsiniz. Yaxud da bütün bu hadisələrin başa çatması üçün Pokrovska gedə bilərsiniz. Sizə Kiyevə bilet almağa hazıram, lakin təəssüflər olsun ki, atanıza görə Ukraynaya təyyarələr uçmur”, – deyə jurnalist dialoqu davam etdirməyə cəhd edib.

Yelizaveta isə “Təəssüflər olsun ki, heç cür kömək edə bilmərəm. Düşünürəm ki, sizinlə yetəri qədər söhbət etdim. Hər şeyin belə olduğuna görə üzgünəm. Bu vəziyyətə görə cavabdeh deyiləm. Mənə yaxınlaşmağa, söhbət etməyə cəsarət etdiyinizə görə şadam, lakin əfsuslar olsun ki, sizə heç cür kömək edə bilmərəm”, – deyərək söhbəti başa çatdırıb.

Qeyd edək ki, Yelizaveta Krivonoqixin Vladimir Putinlə 50 yaşlı milyonçu Svetlana Krivonoqixin qızı olduğu iddia olunur.

Türkiyənin tanınmış aktyoru nədə ittiham olunur? - Baku TV CANLI

Türkiyənin tanınmış aktyoru nədə ittiham olunur? - Baku TV CANLI

Dünya
13 yanvar 2026 160 baxış
Zelenskidən Rusiya ilə bağlı sensasiyalı xəbərdarlıq - Baku TV CANLI

Zelenskidən Rusiya ilə bağlı sensasiyalı xəbərdarlıq - Baku TV CANLI

Dünya
13 yanvar 2026 160 baxış
SDQ-nin Hələbdən çıxarılması prosesi başa çatıb

SDQ-nin Hələbdən çıxarılması prosesi başa çatıb

Dünya
13 yanvar 2026 160 baxış
Zelenski Ukrayna xalqına xəbərdarlıq edib

Zelenski Ukrayna xalqına xəbərdarlıq edib

Dünya
13 yanvar 2026 160 baxış
Qamışdan hazırlanan heykəllərin görüntüləri

Qamışdan hazırlanan heykəllərin görüntüləri

Dünya
13 yanvar 2026 160 baxış
Trampın Qrenlandiya ilə bağlı məqsədi nədir?

Trampın Qrenlandiya ilə bağlı məqsədi nədir?

Dünya
13 yanvar 2026 160 baxış
CIA, yoxsa “Starlink”? – “Minlərlə agent saxlamaqdan daha ucuzdur”

CIA, yoxsa “Starlink”? – “Minlərlə agent saxlamaqdan daha ucuzdur”

Dünya
13 yanvar 2026 160 baxış
Nüvə proqramı ilə bağlı danışıqlar gündəmdə

Nüvə proqramı ilə bağlı danışıqlar gündəmdə

Dünya
13 yanvar 2026 160 baxış
Kiyev Vaşinqtondan təhlükəsizlik məlumatları gözləyir

Kiyev Vaşinqtondan təhlükəsizlik məlumatları gözləyir

Dünya
13 yanvar 2026 160 baxış
Gürcüstanda 6,5 milyon dollar dövlət büdcəsinə köçürüldü

Gürcüstanda 6,5 milyon dollar dövlət büdcəsinə köçürüldü

Dünya
13 yanvar 2026 160 baxış
Seçilmişlər
icon