Pleyeri seçin:
Qüdsdə zabitlərin olduğu yer vuruldu | Yaxın Şərqdə gərginlik pik həddə - Baku TV
İsrailin Qüds yaxınlığındakı Beyt Şemeş şəhərinə raket hücumu həyata keçirilib. Nəticədə beş nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə İsrail mediası “Magen David Adom” təcili yardım xidmətinə istinadən xəbər yayıb.
Məlumata görə, İranın ballistik raketinin sinaqoqun yaxınlığındakı yaşayış binasına düşməsi zamanı təxminən 20 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Yaralıları təxliyə etmək üçün hadisə yerinə axtarış-xilasetmə qrupları, həkimlər və helikopter göndərilib.
İran mətbuatının yazdığına görə isə ordu İsrail Hərbi Hava Qüvvələri zabitlərinin görüşünün keçirildiyi əraziyə zərbə endirib.
Nəticədə İsrail Ordusunun 10 zabiti öldürülüb. Hücum zamanı “Fəttah” hipersəs raketindən istifadə edilib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Bu halda ABŞ və İsrail İrana qarşı zərbələrdən imtina edəcəkdi? - Baku TV
- İranda hakimiyyət dəyişikliyi planı necə quruldu? - Detallar üzə çıxdı! - Baku TV
- İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA
- Ərəb dövlətləri əməliyyatlara qatılarsa, Yaxın Şərq böyük müharibəyə sürüklənəcək? - AKTUAL GÜNDƏM
- İsrail və ABŞ-nin birgə hərbi əməliyyatı nəticəsində nə qədər adam ölüb? - Baku TV CANLI
