Ərəb dövlətləri əməliyyatlara qatılarsa, Yaxın Şərq böyük müharibəyə sürüklənəcək? - AKTUAL GÜNDƏM
Baku TV-nin “Aktual Gündəm” verilişinin bu buraxılışında Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalı və ərəb dövlətlərinin hərbi əməliyyatlara cəlb olunma riskləri dərindən təhlil edilir. SEPAH-ın 60 strateji hədəfə zərbə endirməsi ilə bağlı bəyanatları, ABŞ və İsrailin regiondakı cavab addımları və bu gərginliyin qlobal təhlükəsizliyə təsirləri müzakirə olunur. Xüsusi diqqət İranın daxili siyasi vəziyyətinə, hakimiyyət dəyişikliyi ssenarilərinə və Prezident Məsud Pezeşkianın strateji hədəflərlə bağlı açıqlamalarına ayrılıb. Eyni zamanda, regional sabitlikdə Azərbaycanın artan rolu, rəsmi Bakının strateji əhəmiyyəti və Astara keçid məntəqəsi vasitəsilə əcnəbi vətəndaşların İrandan təxliyə olunması prosesinin pərdəarxası məqamları bu analitik süjetdə geniş yer tapıb.
#İran teqi istifadə olunub
- Hörmüzlə bağlı yeni detal | Tehran boğazın açılması məsələsinə aydınlıq gətirdi - Baku TV CANLI
- Estoniya Bakıda səfirlik açacaq | ABŞ İranı hansı yollarla cəzalandıracaq? - YENİ BİR SƏHƏR
- İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - Baku TV CANLI
- Tehran boğazda gəmiçiliyin bərpası barədə yayılan məlumatları təkzib edib - Baku TV CANLI
- İran izi əsas versiya kimi qiymətləndirilir
