İranın B planı: “Başsızlaşdırma” cəhdi alt-üst oldu? - Xameneisiz İranı nə gözləyir? | HƏRBİ XRONİKA
Baku TV-nin “Hərbi xronika” layihəsinin bu xüsusi buraxılışında 2026-cı ilin fevral ayında baş tutan ABŞ və İsrailin koordinasiyalı əməliyyatı nəticəsində İranın ali dini lideri Seyid Əli Xameneinin öldürülməsi xəbəri fonunda yaranmış gərgin hərbi-siyasi mənzərə təhlil edilir. Süjetdə rəsmi Vaşinqtonun “başsızlaşdırma” cəhdinin İranın idarəetmə sistemini niyə çökdürə bilmədiyi, “vilayət-i fəqih” doktrinasının dövlət dayanıqlığındakı rolu və SEPAH kimi güclü institutların keçid dövründəki strateji əhəmiyyəti araşdırılır. Eyni zamanda, Həsən Xomeyninin varislik prosesindəki simvolik yeri, Məsud Pezeşkian hökumətinin qarşısında duran çətin sınaqlar və regiondakı Amerika bazalarına qarşı hazırlanan mümkün qisas ssenariləri barədə eksklüziv detallar təqdim olunur. Donald Trampın İran planının pərdəarxası məqamları və Yaxın Şərqin yeni siyasi xəritəsi barədə bütün təfərrüatlar bu videomaterialda əksini tapıb.
#İran teqi istifadə olunub
- İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV
- İrəvanın TRIPP layihəsindəki rolu Tehranın narahatlığını pik həddə çatdırdı - Baku TV CANLI
- ABŞ Zəngəzuru açır, İran qarşısını kəsməyə çalışır? - AKTUAL GÜNDƏM
- İsrail Livanı bombaladı, İran susdu: Tehran hərbi cavaba niyə tələsmir? - AKTUAL GÜNDƏM
- Regiondakı inkişafı gözü götürməyən İran başından böyük danışdı | Hədəf Ermənistandır - Baku TV
