Zelenskinin Trampdan gözləntiləri nələrdir?
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiya siyasətinə qayıdacağını bildirib.
"Bu, müsbət siqnaldır". "Unian" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsində həm G7 ölkələrindən, həm də Donald Trampdan müsbət siqnal alınıb.
Zelenski bildirib ki, ABŞ ilk dəfə olaraq Ukrayna raketlərinin lisenziya əsasında istehsalı ideyasına müsbət yanaşıb. Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı məsləhətləşmələr keçiriləcək və Ukraynanın müvafiq lisenziyaları əldə edəcəyinə ümid var.
Zelenski əlavə edib ki, Tramp həmçinin Rusiyaya qarşı sanksiyalar məsələsinə yenidən qayıdacağına söz verib və Ukraynaya yardımın davam etdiriləcəyini təsdiqləyib.
"Bizə daha çox yardım ediləcək. Bunlar Prezident Trampın sözləridir. Məqsəd Putinin anlamasıdır ki, yardım dayanmayacaq və buna görə də onun üçün müharibəni dayandırmaq daha məqsədəuyğundur. Təcrübədə bunun necə olacağını görəcəyik", – deyə Zelenski bildirib.
#Donald Tramp teqi istifadə olunub
- İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV
- İsrail və “Hizbullah” arasında davam edən gərginliyə ABŞ-dən münasibət - Baku TV
- Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR
- Tramp Fransadakı çıxışında İran hökumətinə səsləndi - Baku TV CANLI
- Əlaqələndirmə Qərargahının növbəti iclası | Trampdan İrana sərt xəbərdarlıq - YENİ BİR SƏHƏR
