Aİ-dən təcili çağırış | ABŞ və İran arasında döyüşlər yenidən başlayır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq”.
Bu barədə İranın Hörmüz boğazında gəmiçiliyi tənzimləmək məqsədilə təsis etdiyi Fars Körfəzi Boğazı İdarəsi məlumat yayıb.
“Bölgədə Amerika Silahlı Qüvvələrinin yaratdığı gərginlik və İran Ordusunun sonuncu bəyanatı ilə əlaqədar olaraq Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq”, – deyə açıqlamada bildirilib.
“ABŞ ilə İran arasında döyüşlərin bərpa olunmasının bütün Yaxın Şərq üçün ağır nəticələri olacaq”. Bunu isə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas “X” hesabında yazıb.
O qeyd edib ki, Fars körfəzi ölkələrinə və onların kritik əhəmiyyətli infrastrukturuna yenidən başlayan hücumlar qəbuledilməzdir. Tammiqyaslı müharibəyə qayıdış bütün regiona son dərəcə baha başa gələcək.
Onun sözlərinə görə, diplomatik yol bu müharibəyə son qoymağın ən yaxşı üsulu olaraq qalır.
Bu arada, BMT Baş katibi Antonio Quterreş Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsindən son dərəcə narahat olduğunu bildirərək tərəfləri atəşkəs rejiminə tam əməl etməyə çağırıb. O hesab edir ki, vəziyyətin həllində irəliləyişə aparan yeganə yol əsl dialoq və danışıqlardan keçir.
#Hörmüz boğazı teqi istifadə olunub
- Tehran Hörmüz boğazı ilə bağlı iddiaları təkzib edib
- Əraqçi İranın ABŞ-yə Hörmüz boğazı ilə bağlı şərt qoyduğunu bildirib
- Nüvə sazişi və Hörmüz boğazı Trampın qərarına necə təsir edəcək? - Baku TV CANLI
- Bakıda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilir - Baku TV CANLI
- Əraqçidən Ağ Evə mesaj: İran Hörmüz boğazı üçün hansı şərti irəli sürüb? - Baku TV CANLI
