“Aİ-nin genişlənməsi artıq sadəcə arzu deyil, geosiyasi zərurətdir” | Leyen
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqının (Aİ) genişlənməsi artıq sadəcə arzu deyil, geosiyasi zərurətdir”.
Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
“Avropa qitəsinin formalaşmasını başa çatdırmalıyıq ki, Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməsin. Daha geniş və geosiyasi kontekstdən düşünməliyik”, – o bildirib.
Leyenin sözlərinə görə, Avropanın köhnə – Rusiyadan ucuz enerji resursları, Çindən ucuz işçi qüvvəsi və ABŞ tərəfindən təmin edilən təhlükəsizlik zəmanətlərinə əsaslanan model artıq mövcud deyil:
“O dövr başa çatıb, indi Avropa öz gücünü müstəqil şəkildə qurmalı, yeni çağırışlara cavab vermək üçün müttəfiqlər dairəsini genişləndirməlidir”.
Komissiya rəhbəri həmçinin Aİ-də qərarların qəbulu məsələsinə toxunaraq vurğulayıb ki, xüsusilə xarici siyasət sahəsində yekdillik prinsipindən imtina etmək lazımdır.
Leyenin fikrincə, Aİ-nin Xarici İşlər Nazirlərinin Şurasında çoxluq səsverməsinə keçid Avropanın daha sürətli və effektiv qərarlar qəbul etməsinə imkan verəcək. Enerji siyasətindən danışan fon der Leyen qeyd edib ki, bərpaolunan enerji ilə yanaşı, nüvə enerjisi də zəruridir.
#Avropa İttifaqı teqi istifadə olunub
- Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
- Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
