AK prezidenti Trampa çağırış edib ki... | Rusiya senatoru Aleksey Puşkov
Yeniliklərdən dərhal xəbərdar olun
"İtaliya, Macarıstan, Avstriya və Polşanın Aİ-dən çıxması qurumun sonu demək olar".
Bunu Rusiya senatoru Aleksey Puşkov deyib.
Puşkov bu fikri "Telegram" kanalında ABŞ mediasında yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.
Həmin məlumatlarda ABŞ Prezidenti Donald Trampın İtaliya, Macarıstan, Avstriya və Polşanı Aİ-dən çıxarmaq istədiyi qeyd olunub.
Senator əlavə edib ki, Trampın Avropa dövlətləri olmadan ən nüfuzlu ölkələr qrupunun yaradılması ideyası da Vaşinqtonla Brüssel arasındakı dərinləşən ziddiyyətləri göstərir.
Puşkov yazıb: "Tramp Aİ-ni və onu idarə edən sol-liberal elitanı özünə açıq düşmən kimi görür".
Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Trampı Avropanın işlərinə müdaxilə etməməyə çağırıb.
Puşkov isə hesab edir ki, onun narahatlığı başadüşüləndir: "Dörd ölkənin çıxması Aİ-nin sonu olardı. Lakin Trampın bu xəbərdarlıqlara məhəl qoyacağı inandırıcı deyil".
Qeyd edək ki, daha əvvəl Almaniya Kansleri Fridrix Merts ABŞ-nin Aİ-ni düzgün təsnif etmədiyini bildirmişdi.
#Donald Tramp teqi istifadə olunub
- Dövlət başçısı Donald Trampın xoş sözlərinə görə səmimi minnətdarlığını ifadə etdi - Baku TV
- Paşinyan və Tramp TRIPP layihəsinə start verildiyini açıqlayıblar - Baku TV CANLI
- Tramp, Putin və Si bir masada: Ukrayna üzrə razılaşma əldə olundumu? - Baku TV
- ABŞ-də miqrasiya qaydaları dəyişir? | Tramp açıq sərhədlərə qarşı çıxdı - Baku TV
- 150 milyon dolları ötən ticarət: Azərbaycan–Vyetnam əməkdaşlığının 4 istiqaməti - YEKUNLAŞDIRAQ
