AKP sözçüsündən yeni lider barədə açıqlama | İranı nələr gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
“İran dövlətinin iradəsinə hörmətlə yanaşırıq”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Müctəba Xameneinin İranın yeni ali rəhbəri təyin edilməsi barədə danışarkən deyib.
“İran sistemini də tanımaq lazımdır. Ali rəhbəri Ekspertlər Şurası seçir və hər seçki ilə bağlı oxşar müzakirələr gündəmə gəlir. Nəticə etibarilə ora dini məkandır. Dövlət başçıları dini liderlə də görüşürlər. Bu səbəbdən dini liderə görə radikal siyasi dəyişikliklərin olacağını söyləmək İranı kifayət qədər tanımamaq anlamına gələ bilər.
Yekunda hər kəs bu müharibənin dayandırılması və masanın yenidən qurulmasını arzulayacaq. Görünür, buna dair hazırlıq var. İranın xarici siyasət mövqeləri şəxslərə görə dəyişməyəcək”, – AKP rəsmisi bildirib.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
