Pleyeri seçin:

Alimləri qorxuya salan hadisə | İnsanların həyatı yenidən dəyişə bilər?

18 fevral 2025 139 baxış

Danimarka Texniki Universiteti və Almaniyanın Yer Elmləri üzrə Tədqiqat Mərkəzinin alimləri planetin maqnit sahəsinin dəyişməsi zamanı baş verən “Laşamp hadisəsi”nin unikal səsli portretini yaradıblar.

Təxminən 41 min il əvvəl Yerin maqnit sahəsi öz qütbünü tamamilə dəyişib. “Laşamp hadisəsi” Fransadakı lava axınlarında iz buraxıb. Tərs çevrilmə zamanı maqnit sahəsinin gücü hazırkı səviyyəsindən 5%-ə qədər azalıb və güclü kosmik şüaların atmosferə daxil olmasına imkan verib. Bu, kosmik hissəciklərin atmosferlə qarşılıqlı əlaqəsi zamanı əmələ gələn berillium-10 radioaktiv izotopunun səviyyəsinin iki dəfə artmasına səbəb olub.

Nəticədə iqlim dəyişikliyi baş verib, ozon təbəqəsi zədələnib, Avstraliyanın meqafaunası yox olub, qədim insanların həyat tərzi dəyişib. Alimlər bu fikirdədirlər.

Avropa Kosmik Agentliyinin “Swarm” peyklərinin məlumatlarından istifadə edərək onlar maqnit sahəsindəki dəyişiklikləri səsə çeviriblər. Mühəndislər təbii səslər – ağacın cırıltısı və toqquşan qayaların gurultusu ilə bağlı geofiziki məlumatları üst-üstə qoyublar. Yaranan səs mənzərəsi planetin günəş radiasiyasından zəifləyən müdafiəsini müşahidə edən xaosu və gərginliyi əks etdirir.

“Laşamp hadisəsi” 250 il davam edib. Bu dövrdə maqnit sahəsi normal gücünün yalnız 25%-ni saxlaya bilib.

Hazırda alimlərin diqqəti maqnit sahəsinin zəiflədiyi və peykləri radiasiyaya qarşı həssas edən Cənubi Atlantika Anomaliyasına yönəlib. Bununla belə, ekspertlər bildirirlər ki, anomaliya suallar doğursa da, bu, yaxın gələcəkdə maqnit sahəsinin dəyişməsinin baş verəcəyi demək deyil. Maqnit sahəsinin dəyişməsi qeyri-müntəzəm, lakin qaçılmaz olaraq baş verir.

Tədqiqatçıların fikrincə, keçmişi bilmək gələcəyə daha yaxşı hazırlaşmağa kömək edəcək.

Amerikalı iş adamından tarixi ilk | Məhkəmə qərarından sonra Maskın sərvəti rekord qırdı - Baku TV

Amerikalı iş adamından tarixi ilk | Məhkəmə qərarından sonra Maskın sərvəti rekord qırdı - Baku TV

Dünya
21 dekabr 2025 139 baxış
Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 139 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 139 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 139 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 139 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 139 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 139 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 139 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 139 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 139 baxış
Seçilmişlər
icon