Pleyeri seçin:

Almaniya “Rus evi”ni bağladı | Berlin və Moskva arasında gərginlik pik həddə - Baku TV

03 sentyabr 2026 383 baxış

Almaniya ilk dəfə Leypsiq-Halle hava limanı yaxınlığında partlayıcı maddələrlə təchiz edilmiş PUA ilə cəhd edilən hücuma görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib.

“Politico” nəşri iddia edir ki, Berlin indi Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiyalarının tətbiqinə çalışacaq. Bunun ardınca Rusiyanın Baş Konsulluğu və “Rus evi”nin fəaliyyətinə xitam veriləcəyi açıqlandı. Rusiyanın Berlindəki səfirliyi isə Almaniyanın ittihamlarını rədd edərək insidenti “tələm-tələsik hazırlanmış təxribat” adlandırıb.

Rusiyada isə Almaniyanın səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırıldı. Nazir özü də bu barədə açıqlama verdi.

“Onlar Almaniyanın Leypsiq hava limanında qəzalı bir dron tapdılar. Qərara gəldilər ki, dron Rusiya tərəfindən istifadə edilən dronlara bənzəyir, lakin bunun qəti nəticə olduğunu dəqiq təsdiqləyə bilmədilər. Daha sonra Bonn şəhərindəki son Baş Konsulluğumuzu bağlamaq və Berlindəki “Rus evi”ni bağlamaq barədə rəsmi qərar qəbul etdilər. Almaniyanın Moskva, Sankt-Peterburq və Yekaterinburqda Höte İnstitutunun filialları var. Təbii ki, mədəniyyət mərkəzimiz Almaniyadan qovulduqdan sonra onlar da bağlanacaq. Əks halda, özümüzə hörmətimizi itirərdik”, – deyə Sergey Lavrov bildirib.

Bu məqamda əks tərəfin də fikirləri var. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya rəhbərliyinin Almaniyaya açıq düşmənçilik münasibəti bəslədiyini bildirib.

Nazirin sözlərinə görə, Leypsiqə hücum cəhdi Moskvanın iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirməyə yönəlmiş düşünülmüş addımı olub:

“Rusiya gərginləşib və bu hibrid hücumu həyata keçirib. Moskva indi bunun nəticələri ilə yaşamalıdır. Atdığımız addımlar zəruri və uyğun cavab idi. Biz qərarlarımızı həmişə Rusiya ilə dialoqu bərpa etmək istəyimizlə əlaqələndiririk. Amma Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı məntiqli danışıqlara hazır olduğunu göstərməsi lazımdır. Biz bunu gözləyirik. İnanıram ki, həlledici bir mərhələyə yaxınlaşırıq. Avropada, qitədən kənarda nə qədər bir olsaq, bu münaqişəyə bir o qədər uğurlu son qoyacağıq”.

Kopyalandı
Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 383 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 383 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 383 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 383 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 383 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 383 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 383 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 383 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 383 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 383 baxış
Seçilmişlər
icon