Almaniya və İsveç ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. Baku TV-nin "Dünya" xəbərlərinə görə, Almaniya və İsveç öz vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb. Bu qərar ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsi və bölgədə eskalasiya riskinin artması fonunda qəbul edilib. Avropa dövlətləri vəziyyətin sürətlə pisləşə biləcəyi və konsulluq yardımının göstərilməsinin qeyri-mümkün olacağı barədə xəbərdarlıq ediblər.
Məlumata əsasən, Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına hələlik kommersiya reyslərinin və quru yollarının açıq olduğu müddətdə ölkədən çıxmağı tövsiyə edib. İsveç isə təhlükəsizlik vəziyyətinin qeyri-müəyyənliyi səbəbindən Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq Bakıya köçürüb. Videoda Vaşinqtonun "məhdud hərbi zərbə" ssenariləri, İranın buna cavab reaksiyası və Avropa diplomatik missiyalarının təxliyə planları təhlil olunur.
#Almaniya XİN teqi istifadə olunub
- Aİ Təl-Əvivə qarşı yeni sanksiyalar tətbiq edə bilər - Baku TV
- Moskvanın hədələri Berlini Ukraynaya dəstəkdən çəkindirə biləcəkmi? - Baku TV
- İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı
- İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri
- Almaniya xarici işlər naziri: Macarıstan Avropaya xəyanət etdi
