Almaniyada Berlinin müdafiəsini təsvir edən operativ plan hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada son dövrlərdə baş verən kiberhücumlar, diversiyalar və dezinformasiya kampaniyalarının yeni bir müharibənin başlanğıcı ola biləcəyindən ehtiyat edirlər.
Bu barədə “Politico” nəşrinin tanış olduğu məxfi hökumət sənədlərində bildirilir.
Qeyd olunur ki, Almaniyada Berlinin genişmiqyaslı münaqişə zamanı ölkə ərazisinin müdafiəsini necə təşkil edəcəyini təsvir edən Operativ Plan hazırlanıb. Ölkənin hərbi mütəxəssisləri NATO ölkələrinə qarşı yönəlmiş Rusiyanın fəaliyyətlərini diqqətlə izləyirlər.
Sənəddə bildirilir ki, hibrid hücumlar hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıya bilər.
Nəşrə danışan mənbələrin sözlərinə görə, kiberəməliyyatlar və təsir kampaniyaları hərbi eskalasiyanın bir hissəsi kimi qiymətləndirilir.
Bundan əlavə, sənəddə vurğulanır ki, Almaniya müharibə vəziyyətində NATO-ya üzv ölkələrin, erkən mərhələdə düşmən təzyiqi ilə üzləşə biləcək qüvvələri üçün operativ baza və tranzit dəhlizi rolunu oynaya bilər.
Sənəddə həmçinin mümkün hərbi münaqişədə mülki strukturların əhəmiyyəti xüsusi qeyd olunur. Məsələn, nəqliyyat şəbəkələri, enerji təchizatı, tibbi xidmətlər və özəl podratçılar hadisələrin inkişafına təsir göstərən əsas amillər kimi dəfələrlə xatırladılır.
#Almaniya teqi istifadə olunub
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- Almaniya kəşfiyyatı sərt danışdı | Moskva Avropanı necə hədəf alır? - Baku TV
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
