Pleyeri seçin:
Almaniyada dəhşətli hadisə | Sakinlər təşvişdə içində
Almaniyanın Reynland-Pfalts əyalətinin Vaytefeld qəsəbəsində bir ailənin üç üzvünün öldürülməsi ilə bağlı şübhəli bilinən şəxsin axtarışları davam edir.
61 yaşlı Aleksandr Maysnerin saxlanılması üçün həyata keçirilən əməliyyata xüsusi təyinatlı qüvvələr də cəlb olunub.
Vaytefeld qəsəbəsində bir evdə üç nəfərin – 47 yaşlı ata, 44 yaşlı ana və onların 16 yaşlı oğlunun cəsədi tapılıb.
Təxminən 2200 nəfərin yaşadığı qəsəbədə baş verən bu cinayətdən sonra sakinlər arasında qorxu və narahatlıq yaranıb. Cinayətkarın yaxalanması üçün xüsusi təyinatlılar və müvafiq texniki vasitələr əraziyə göndərilib. Əməliyyatlara helikopterin də cəlb ediləcəyi istisna edilmir.
Şübhəli şəxs barədə operativ məlumatların verilməsi üçün “qaynar xətt” də yaradılıb.
Kopyalandı
#Almaniya teqi istifadə olunub
- Almaniyanın keçmiş kansleri Putinlə danışıqlara dair sənədləri təhvil verməkdən imtina etdi
- Qaz ixracında mühüm mərhələ | Neçə ölkə Azərbaycandan qaz alır? - Baku TV
- Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə edib
- Əməliyyat ABŞ-nin iştirakı olmadan həyata keçirilə bilər
- Sülhməramlı qüvvələr yalnız bu halda Ukraynaya yerləşdiriləcək
