Almaniyadan Ukrayna barədə sensasiya yaradacaq qərar
“Ukrayna öz xalqının həyatını qorumaq üçün Rusiyanın hücumlarının qarşısını almalıdır və qadağa yalnız daha çox ukraynalının ölümünə səbəb olacaq”.
Bunu Almaniyanın vitse-kansleri Robert Habek kansler Olaf Şoltsdan Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsini tələb edərkən bildirib.
O qeyd edib ki, gec qərar verilməsində O.Şoltsu günahlandırmaq olmaz: “Bu, yanlış sözdür. Qəbul edilməli olan son dərəcə çətin qərarlar var və buna görə də hər şeyi diqqətlə ölçmək yaxşıdır. Belə olan halda düzgün qərar verilir”.
Bildirilir ki, iyunun 6-da Almaniya kansleri Bundestaqda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı hökumət bəyanatı verməyi planlaşdırır.
Qeyd edək ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyin qatı əleyhdarı kimi çıxış edir.