Pleyeri seçin:

Alyaska görüşü regionda nələri dəyişdirəcək? | Buzlu torpaqdan strateji zirvəyə

15 avqust 2025 520 baxış

Alyaskanın tarixi min il öncəyə, Berinq körpüsündən keçən ilk sakinlərə gedib çıxır.

XVIII əsrdə rus səyyahları burada ticarət məntəqələri qursalar da, sərt iqlim, xəstəlik və qarşıdurmalar həyatı çətinləşdirirdi.

1867-ci ildə ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın alıb. Əvvəl “Syüardın ağılsızlığı” adlandırılan bu sövdələşmə qızıl və neftin kəşfi ilə ölkənin ən uğurlu investisiyalarından birinə çevrilib. Qızıl axtarışları minlərlə insanı bura gətirib, yeni şəhərlər salınıb.

İkinci Dünya müharibəsində Alyaskaya aid Aleut adalarının bəziləri Yaponiya Ordusu tərəfindən işğal olunub. Bu, ABŞ ərazisinin düşmən tərəfindən tutulduğu yeganə hadisə idi.

Müharibədən sonra Alyaska strateji mərkəzə çevrilib. Ərazisi 1959-cu ildə 49-cu ştat statusu alıb. 1968-ci ildə Prudo körfəzində neftin kəşfi isə Alyaskanı iqtisadi baxımdan yüksəldib.

Yüksəliş dinamikası 1977-ci ildə Trans-Alyaska boru kəmərinin istifadəyə verilməsi ilə davam edib. Bundan sonra sakinlərə hər il dividendlər ödənməyə başlanıb.

Amma bu torpağın tarixi təkcə uğurlardan ibarət deyil. 1964-cü ildə baş verən 9,2 bal gücündə zəlzələ 130-dan çox insanın həyatına son qoyub.

1989-cu ildə isə “Exxon Valdez” super tankerinin qəzaya uğraması nəticəsində tarixin ən böyük xam neft sızması baş verib, min kilometrlərlə sahil çirklənib.

Bu gün isə Alyaska yenidən dünyanın diqqətindədir. Burada, Rusiya ilə ABŞ arasındakı ən yaxın nöqtədə Prezident Donald Tramp və Vladimir Putin görüşür. Tarixi görüşdə Rusiya ilə Ukrayna arasında sülh əldə olunsa, Alyaska həm də sülh torpağı kimi də tarixə düşəcək. 

Banner
Dünyanın ən qapalı ölkəsində yeni lider ssenarisi

Dünyanın ən qapalı ölkəsində yeni lider ssenarisi

Dünya
11 noyabr 2026 520 baxış
Qanunsuz hasilata qarşı əməliyyat qanlı hücumla nəticələndi

Qanunsuz hasilata qarşı əməliyyat qanlı hücumla nəticələndi

Dünya
11 noyabr 2026 520 baxış
Strateji dağların yüzlərlə metr dərinliyində raket bazaları | Tehran nə hazırlayıb - ƏSAS XƏBƏR

Strateji dağların yüzlərlə metr dərinliyində raket bazaları | Tehran nə hazırlayıb - ƏSAS XƏBƏR

Dünya
11 noyabr 2026 520 baxış
Avropada supervulkanla bağlı narahatlıq yaranıb

Avropada supervulkanla bağlı narahatlıq yaranıb

Dünya
11 noyabr 2026 520 baxış
Kabildə qədim sivilizasiyaların izləri tapılıb

Kabildə qədim sivilizasiyaların izləri tapılıb

Dünya
11 noyabr 2026 520 baxış
Alimlər Alyaska körfəzində okeanın dibində tapılan qızılı kürənin sirrini açıb

Alimlər Alyaska körfəzində okeanın dibində tapılan qızılı kürənin sirrini açıb

Dünya
11 noyabr 2026 520 baxış
Alimlər həyəcan təbili çalır

Alimlər həyəcan təbili çalır

Dünya
11 noyabr 2026 520 baxış
"Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama

"Rusiya Avropanın tələbləri ilə razılaşmayacaq" | Lavrovdan açıqlama

Dünya
11 noyabr 2026 520 baxış
Rezai Tehranın Vaşinqtona göndərdiyi şərtləri xatırlatdı

Rezai Tehranın Vaşinqtona göndərdiyi şərtləri xatırlatdı

Dünya
11 noyabr 2026 520 baxış
İsrail Suriya ərazisini atəşə tutub

İsrail Suriya ərazisini atəşə tutub

Dünya
11 noyabr 2026 520 baxış
Seçilmişlər
icon