Pleyeri seçin:

Amerikanın ən simic milyarderi | Pula görə övladının dəfninə getmədi - ARAŞDIRMA

02 fevral 2025 380 baxış

Baku TV-də Amerikanın ən zəngin və tamahkar milyarderi, ömrü boyu xeyriyyəçiliyə bir qəpik belə ianə etməyən, hətta nəvəsinin həyatını pula görə qurban verməyə hazır olan Jan Pol Getti haqqında araşdırma materialı yayımlanıb.

Jan Pol Getti 15 dekabr 1892-ci ildə Amerikada neft maqnatı Corc Franklin Getti və Sara Ketrin MakFerson Rişerin ailəsində anadan olub. Ailə ilk övladını itirdiyinə görə Polun təhsil və tərbiyəsinə xüsusi diqqət yetirir. Hələ məktəbli ikən 7 dili mükəmməl bilən və əla yaddaşa sahib olan gənc Oksford Universitetinə daxil olur.

Universiteti bitirdikdən sonra neft alverinə başlayır və ilk milyonunu 1916-cı ildə 23 yaşında qazanır. 1949-cu ildə Səudiyyə Ərəbistanında neft hasil etmək fürsəti əldə edir və milyardlar qazanmağa başlayır.

Ömrü boyu bir qadınla yaşamağın ancaq kasıblara yaraşdığını iddia edən Getti 5 dəfə özündən yaşca çox kiçik olan qadınlarla evli olur.

Onun beşinci evliliyi uzun çəkir: 20 ilə yaxın. 5 evlilikdən beş övladı olan Getti həmişə biznesi ailəsindən üstün tutur. Övladlarından biri 12 yaşında xəstəlikdən dünyasını dəyişəndə Avropadakı işini qoyub uşağın dəfninə gəlməyə belə zəhmət çəkmir.

1973-cü ildə Conun ilk evliliyindən olan oğlu 16 yaşlı Con Pol Gettini qaçırırlar. Cinayətkarlar milyarderin ailəsindən 17 milyon tələb edirlər. Gənc babasına məktublar yazıb pul verməsini xahiş edir, amma babası onun xahişlərinə məhəl qoymur.

Bununla bağlı müsahibə verən Getti deyir: “Mənim 14 nəvəm var və bu gün biri üçün pul ödəsəm, sabah digərləri da oğurlanacaq”.

Cinayətkarlar gənci 5 ay əsir saxlayıb, qulağını kəsərək məktubla birlikdə nəşriyyatın redaksiyasına göndərirlər. Bu oğurluğu nəvəsinin və anasının təşkil etdiyinə inanan Getti sonda oğrulara pul ödəməyə razılaşır.

Yaşa dolduqca Gettinin xəsisliyi də artır. Bir kostyumu yırtılana qədər geyinir, pula qənaət etmək üçün paltarlarını özü yuyur və heç vaxt qiyməti 1 dollardan artıq olan corab almır.

3 oğlu və 16 nəvəsi olan Getti 1976-cı ildə prostat xərçəngindən öz imarətində tək-tənha vəfat edir. Ailəsinə və ən yaxın xidmətçilərinə çox cüzi məbləğ, bütün əmlakını isə muzeylərə vəsiyyət edir.

Rusiyanı yeni hərbi təhdid gözləyir? | Putin açıqlama verdi

Rusiyanı yeni hərbi təhdid gözləyir? | Putin açıqlama verdi

Dünya
23 iyun 2026 380 baxış
Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi

Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi

Dünya
23 iyun 2026 380 baxış
İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM

İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
23 iyun 2026 380 baxış
Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək

Olimpiya Oyunlarında qadınlar arasında medallar yenidən bölüşdürüləcək

Dünya
23 iyun 2026 380 baxış
ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI

ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI

Dünya
23 iyun 2026 380 baxış
ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır

ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır

Dünya
23 iyun 2026 380 baxış
“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

“İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili

Dünya
23 iyun 2026 380 baxış
Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Trampdan Avropaya sərt tənqid | Nüvə razılaşması ətrafında gərginlik artır - Baku TV CANLI

Dünya
23 iyun 2026 380 baxış
"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

"Yük gəmisinə hücum nəticəsində 2 vətəndaşımız yaralanıb" | Türkiyə XİN

Dünya
23 iyun 2026 380 baxış
Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Dünya
23 iyun 2026 380 baxış
Seçilmişlər
icon