Pleyeri seçin:

Amsterdam: Bizim mentalitetimizə zidd yaşayan insanların şəhəri | ORALARDA NECƏDİR?

10 noyabr 2024 589 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3626 kilometr uzaqda yerləşən, kiçik balıqçı qəsəbəsindən böyük meqapolisə çevrilən Niderland krallığının paytaxtı Amsterdam şəhərindən bəhs olunub.

Bu şəhərdə yaşamaq o deməkdir ki, əsas minik vasitəniz velosiped olacaq və siz bundan məmnun olacaqsınız.

Bu şəhərdə yaşamaq həm də o deməkdir ki, bizim, eləcə də bir çox cəmiyyətlərdə qadağan olunmuş yaşam tərzi Amsterdamda normal hesab olunur. Məsələn, hoteldə uşaq dünyaya gətirmək kimi. Amsterdamlı qadınlar hesab edirlər ki, hamiləlik xəstəlik deyil və uşaq dünyaya gətirmək də klinikada ancaq o zaman gerçəkləşməlidir ki, ananın sağlamlığında problem olsun. Bu səbəbdən də qadınların bir çoxu “Geberte en Kram” doğum hotelinə üz tuturlar. Burada hər il yüzlərlə uşaq dünyaya gəlir. Belə rahat, komfortlu, hər şəraiti və tibbi personalı və avadanlıqları olan hoteldə özünü xəstə kimi hiss etmək hər halda mümkün deyil.

“Geberte en Kram”da dünyaya uşaq gətirmək isə 495 avroya, bizim pulla 909 manata başa gəlir. Üstəlik, hər gün üçün 30 avro, yəni 55 manat artıq hesablanır. Amsterdamda evdə dünyaya övlad gətirmək normal hesab edilir. Bu zaman qadının yanında köməkçi tibb işçisi olur.

Amsterdamda minimum maaş 1500 avrodur, yəni 2755 manat. Supermarketdə satıcılar, kofeşop işçiləri, küçə təmizləyənlər aylıq bu qədər maaş alırlar. Müəllimlərin qazancı isə bir az çoxdur. Aya 2500 avro, yəni 4593 manat. İnşaatçıların maaşı 3000 avro, bizim pulla 5511 manatdır. Həkimlər isə çox qazanırlar. Aya 4000-5000 avro, bu da 7349-9186 manat civarındadır.

Niderlandda yaşlılar da sərbəst həyatlarını istədikləri kimi yaşayırlar. Təqaüd yaşı 66-dır və deyirlər ki, həyat elə bu yaşdan sonra başlayır.

Maraqlıdır ki, burada yaşlı insanlar aktiv həyat tərzi keçirirlər, deyirlər ki, əgər addım ata bilirsənsə, evdə oturmaq olmaz. Yaşlılar bir yerdə əylənir, vaxt keçirir, heyvan saxlayırlar, hətta bu yaşdan sonra kitab yazmağa başlayanlar da var. Deyirlər ki, sağlamlığa fikir vermək lazımdır ki, övladlara yük olmayasan və ümumiyyətlə, amsterdamlı yaşlılar maksimum heç kəsdən asılı olmamağa çalışırlar. 

Amerikalı iş adamından tarixi ilk | Məhkəmə qərarından sonra Maskın sərvəti rekord qırdı - Baku TV

Amerikalı iş adamından tarixi ilk | Məhkəmə qərarından sonra Maskın sərvəti rekord qırdı - Baku TV

Dünya
21 dekabr 2025 589 baxış
Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 589 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 589 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 589 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 589 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 589 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 589 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 589 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 589 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 589 baxış
Seçilmişlər
icon