Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkiyə ilə ABŞ arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb".
Bunu ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.
"Bu il Amerikanın 250-ci ildönümünü qeyd etdiyimiz və Türkiyə ilə Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin bir əsrinə doğru irəlilədiyimiz bir vaxtda: bu ittifaq heç vaxt indiki qədər güclü olmayıb. Türkiyə və ABŞ-ni dərin bağlar birləşdirir – NATO müttəfiqləri, iqtisadi tərəfdaşlar və onilliklər boyu davam edən ortaq tarix ərzində birlikdə olmuş dostlar kimi", – deyə Barrak paylaşımında qeyd edib.
O, Ərdoğanla keçirdiyi görüşdə regional təhlükəsizliyə, iqtisadi əməkdaşlığa və iki ölkə arasındakı davamlı tərəfdaşlığa olan ortaq sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb.
#Türkiyə teqi istifadə olunub
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
