Pleyeri seçin:

Antonio Tayaninin son bəyanatlarından sonra gərginlik artıb

17 iyul 2026 351 baxış

Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik əlaqələrin kəsildiyini elan edib.

Buna səbəb kimi İtaliyanın xarici işlər naziri Antonio Tayaninin bu ölkəyə qarşı səsləndirdiyi bəyanatlar göstərilib.

"Əlaqələrin kəsilməsi İtaliyanın xarici işlər naziri Antonio Tayaninin xalqlar və hökumətlər arasındakı münasibət prinsiplərinə məhəl qoymayaraq, Nikaraqua xalqını və hakimiyyətini təhqir edən əsassız, aqressiv və məsuliyyətsiz bəyanatlarına cavabdır", – deyə Nikaraqua hökumətinin məlumatında bildirilir.

Gərginlik İtaliyanın keçmiş baş naziri Aldo Moronun qatillərindən biri olan terrorçu Alessio Kazimirrinin ekstradisiya edilməsi ilə bağlı İtaliya tərəfinin növbəti dəfə sorğu göndərməsindən sonra yaranıb. Alessio Kazimirri uzun illərdir ki, Nikaraquada gizlənir.

İyulun 16-da Madriddə çıxış edən Aantonio Tayani 1978-ci ildə "Qırmızı briqadalar" qruplaşmasının üzvləri tərəfindən qətlə yetirilən Aldo Moronun xatirəsini yad edib və Nikaraqua hakimiyyətini terrorçuya sığınacaq verməkdə, eləcə də ekstradisiya sorğularını icra etməkdən imtina etməkdə günahlandırıb.

İtaliya ədliyyəsinin məlumatına görə, Alessio Kazimirri Aldo Moronun qətli ilə birbaşa əlaqəli olub və 1980-ci illərin əvvəllərində Nikaraquaya qaçıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 351 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 351 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 351 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 351 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 351 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 351 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 351 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 351 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 351 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 351 baxış
Seçilmişlər
icon