Argentina çempionatı federasiyaya qarşı ittihamlara görə təxirə salınır
Yeniliklərdən dərhal xəbərdar olun
Argentinada futbol çempionatının martın 5-dən 8-dək keçirilməsi planlaşdırılan oyunları Argentina Futbol Assosiasiyasına qarşı irəli sürülən maliyyə ittihamları səbəbindən təxirə salınacaq.
Bu barədə Assosiasiyanın Mətbuat Xidməti məlumat yayıb.
Bundan əvvəl ölkənin Gömrük və Vergi Nəzarəti Agentliyi Argentina Futbol Assosiasiyasını vergi öhdəlikləri üzrə borcları ödəməməkdə ittiham edib. Assosiasiya isə borcun əvvəlcədən ödənildiyini və bütün öhdəliklərin yerinə yetirildiyini bildirir. Qurum bu mövqe ilə artıq məhkəmədə çıxış edib. Agentlik isə hazırda borcun tutulmasının mümkün olmadığını açıqlayıb.
Qeyd edək ki, ötən ilin dekabrında Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapianın işi ilə bağlı axtarışlar aparılıb. Bu tədbirlər təkcə Tapia ilə deyil, həmçinin onun etibarlı şəxsi Pablo Toviqino və təşkilatın xəzinədar müavini Lusiano Nakisə qarşı aparılan araşdırmanın bir hissəsi olub. Sözügedən funksionerlər böyük məbləğdə sərvət toplamaqda şübhəli bilinir.
Bundan başqa, Argentina məhkəmə sistemi bir neçə klubun və ölkə millisinin sponsorlarından olan Sur Finanzas maliyyə şirkətinin mühasibatlıq fəaliyyətini də araşdırır. Şirkət vəsaitlərin mənimsənilməsində şübhəli bilinir. Onun rəhbəri iş adamı Ariel Valyexo Tapianın dostu kimi tanınır. Şirkət noyabr ayında əsas vergi qurumu tərəfindən vergidən yayınma şübhəsi ilə verilən şikayətin obyektinə çevrilib.
#Argentina milli futbol komandası teqi istifadə olunub
- Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı
- Messi son qərarını verdi | Ulduz futbolçu əməliyyat olundu | Yeni idman xəbərləri - Baku TV
- Futbol meydanı necə siyasi səhnəyə çevrildi? | DÇ-2026-dan sonra bitməyən qalmaqallar - Baku TV
- DÇ-2026 yekunlaşdı: İspaniya-Argentina oyununun detallı təhlili
- Dünya kuboku uğrunda mübarizə | İspaniya-Argentina oyunundan öncə müzakirə
