Dünya
Pleyeri seçin:
Arsen Avakov axtarışa verildi | Siyahıda başqa kimlər var?
Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov və keçmiş informasiya siyasəti naziri Yuri Stetsi axtarışa verib.
Bu barədə Rusiya DİN-in bazasından bəlli olub. Keçmiş nazirlər Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışdadır. Amma onların hansı maddə ilə axtarışda olduğu açıqlanmayıb.
Qeyd edək ki, daha öncə Rusiya DİN Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksey Danilovu axtarışa verib. Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski, habelə keçmiş dövlət başçısı Pyotr Poroşenko da Rusiya DİN-in bazasına əlavə edilib.
Kopyalandı
Seçilmişlər