Arvadının Makronu şillələməsi sübut edir ki... | “Zarafat bəhanəsi” ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitdən şillə yeməsi beşinci respublikanın rəhbərinin avtoritetə sahib olmamasını isbatlayır”.
Bu sözləri “Ren TV”yə müsahibəsində Emmanuel Makronun adaşı olan fransalı politoloq Emmanuel Lerua bildirib.
“Yelisey sarayı Bricitin E.Makrona şilləsini dost zarafatı kimi malalamağa çalışır. Lakin bu, E.Makronun həm ölkədaxili, həm də beynəlxalq nüfuzunun olmamasını göstərir. Arvadının ona səfər zamanı şillə vurması da bunu bir daha təsdiqləyir”, – deyə o qeyd edib.
Politoloqun fikrincə, hazırda Fransa əhalisinin 20 faizi E.Makronu dəstəkləyir. Bu isə çox aşağı göstəricidir. Emmanuel Lerua E.Makronun özünü ölkə Prezidentinə yaraşmayan tərzdə apardığını da deyib.
Qeyd edək ki, son olay xarici mətbuatda “Emmanuel Makron karyerasına dəyən şillə” kimi də yozulur.
#Fransa teqi istifadə olunub
- Minimum əməkhaqqı ətrafındakı mübahisə Fransada ümumxalq tətilinə çevrilir
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
