Arxeoloqların araşdırması boşa çıxmadı | Monqolların işğalı zamanı...
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanda arxeoloqlar XIII əsrdə monqollar tərəfindən dağıdılan Jetısu bölgəsində yerləşən qədim şəhərin xarabalıqlarını aşkar ediblər.
Bu barədə təşkilatın təsisçisi Olqa Qumirova bildirib.
“Görünür, uzun müddətdir axtarılan orta əsr şəhərini, nəhayət ki, aşkar etmişik. Onun haqqında yazılı mənbələrdə məlumatlar mövcuddur və artıq arxeoloqlar da bu barədə məlumatlıdırlar.
Əvvəlcə karxanada kərpiclə hörülmüş divar qalıqlarına və möcüzəvi şəkildə bu günə qədər salamat qalmış bir qülləyə rast gəldik. Daha sonra torpaqda təbii şəkildə formalaşmış divar izləri müşahidə olundu. Həmin divardan isə orta əsrlərə aid kərpiclər çıxarıldı. Məlumata görə, bu şəhər monqol işğalı zamanı amansızcasına yandırılıb”, – deyə O.Qumirova vurğulayıb.
Onun sözlərinə görə, aşkar edilən şəhər Böyük İpək Yolu üzərində yerləşir.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
