Aşkarlanan yeni viruslar alimləri də şoka saldı | Ölümcül viruslar necə yayılır?
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri insanlar üçün təhlükəli olan “Nipah” və “Hendra” viruslarına genetik yaxın olan iki yeni virus aşkarlayıblar.
Yarasalarda tapılan bu patogenlər beynin şiddətli iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər.
“PLOS Pathogens” jurnalında dərc olunan məqalədə yazılıb ki, 4 illik araşdırma çərçivəsində mütəxəssislər Yunnan əyalətinin beş rayonunda toplanmış 142 yarasanın böyrəklərini tədqiq ediblər. Alimlər 20-si əvvəllər elmə məlum olmayan 22 virus aşkarlayıblar.
Xüsusilə narahatlıq doğuran “Henipavirus” cinsindən olan iki yeni virus insanlar arasında yüksək ölüm halları ilə tanınan “Nipah” və “Hendra” viruslarına bənzəyir. Bu viruslar meyvə bağlarının və yaşayış məntəqələrinin yaxınlığında yaşayan meyvə yarasalarında aşkarlanıb.
Bu viruslar sidiklə ötürülə bildiyi üçün tədqiqatçılar çirklənmiş meyvələr vasitəsilə yoluxma təhlükəsi barədə xəbərdarlıq ediblər.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
