Avropa İttifaqı ölkələrində demoqrafik böhran yaşanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) əsrin sonuna qədər ciddi demoqrafik daralma və əhalinin qocalması problemi ilə üz-üzə qalacaq. "Eurostat"ın dərc etdiyi son proqnozlara əsasən, 2100-cü ilə qədər İttifaq ölkələrində əhalinin ümumi sayının 11,7 faiz azalaraq 398,8 milyon nəfərə düşəcəyi gözlənilir. Hesabata görə, Aİ əhalisi 2029-cu ildə 453,3 milyon nəfərlə zirvə nöqtəsinə çatdıqdan sonra uzunmüddətli azalma dövrünə qədəm qoyacaq. Tədqiqatın ən narahatedici məqamı işçi qüvvəsinin və gənclərin payının kəskin azalmasıdır; belə ki, 20-64 yaş arası əmək qabiliyyətli insanların payının 58 faizdən 50 faizə enəcəyi təxmin edilir. Əksinə, 80 və daha yuxarı yaşda olanların payı 6 faizdən 16 faizə yüksələcək. Doğuş nisbətinin aşağı düşməsi, ailə qurma yaşının artması və yüksək yaşam xərcləri fonunda yaranan bu "demoqrafik qış" Avropanın iqtisadi potensialına, pensiya sistemlərinə və səhiyyə sektoruna ağır təzyiq yaradacaq. Mövcud vəziyyətdən çıxış yolu kimi miqrasiya siyasətinin yenidən nəzərdən keçirilməsi və ailələrə dəstək proqramlarının genişləndirilməsi təklif olunur.
#Avropa ölkələri teqi istifadə olunub
- Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM
- Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib
