Avropa Parlamentində növbəti rüşvətxorluq qalmaqalı | Şərh verməkdən imtina etdilər
Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır.
Belçika polisi qanunverici orqanın baş ofisində “Rusiyanın təsiri” işi ilə bağlı axtarış aparır.
Parlament deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə cəmiyyətə yeritdikləri ehtimal edilir. Bunun müqabilində hətta sayt rəhbərlərinə rüşvət verildiyi iddia olunur.
Belçika hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilib ki, Avropa Parlamentinin əməkdaşları bu məsələdə mühüm rol oynayırlar. Parlamentin sözçüsü isə davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Avropa qanunverici orqanında rüşvət və korrupsiya qalmaqalları artıq adət halını alıb. 2022-ci ildə Parlamentin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olub. Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı da sübut olunub.