Avropa qış üçün lazım olan qaz ehtiyatının yalnız 33 faizini toplayıb
Avropa ölkələri yeraltı qaz anbarlarına qış mövsümü üçün tələb olunan ehtiyatın üçdəbirini vurmağa nail olub.
Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının məlumatlarında qeyd olunub.
Məlumata görə, apreldən başlayan yay mövsümündən bəri Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 22,5 milyard kubmetr qaz vurublar. Bu isə qarşıdakı qış mövsümü üçün tələb olunan həcmin cəmi 33 faizinə bərabərdir.
Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 48,62 % təşkil edir. Bu göstərici ötən ilin eyni dövründə 58,2 % səviyyəsində olub. Hazırda anbarlarda 53,2 milyard kubmetr qaz mövcuddur.
İyunun əvvəlindən bəri Avropanın yeraltı qaz anbarlarına ümumilikdə 9,5 milyard kubmetr qaz vurulub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 % azdır.
#Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası teqi istifadə olunub
