Avropada nələr baş verir? | "Gözlənilən müharibədən ehtiyat edirlər" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa xalqları regionda gözlənilən müharibədən ehtiyat edirlər və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bunun qarşısını almağa çalışır.
Bu barədə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Heç kim inkar edə bilməz ki, Avropa təhlükəsizlik problemi ilə üzləşib”, – deyə o söyləyib.
Baş katibin sözlərinə görə, hətta Avropa xalqları gözlənilən müharibədən ehtiyat edirlər.
“Söhbət təkcə davam edən yox, həm də gözlənilən müharibədən gedir. Buna görə də təhlükəsizlik təşkilatı bu problemlərin həlli ilə məşğul olmaq üçün mümkün olan hər şeyi etməlidir. Biz məhz bunu etməyə çalışırıq”, – deyə Feridun Sinirlioğlu vurğulayıb.
ATƏT-in Baş katibi əlavə edib ki, diplomatiyada nəticələr ani olmur, səbirli olmaq lazımdır.
#Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) teqi istifadə olunub
- Azərbaycanlı deputat erməni həmkarına cavabında mühüm məsələlərə toxundu - Baku TV
- İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti ilə nələri müzakirə etdi? - Baku TV
- ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın region üçün əhəmiyyətini vurğuladı - Baku TV
- Ceyhun Bayramov "yaşıl limanlar" layihəsinin əhəmiyyətindən danışdı - Baku TV
- "ATƏT-dən gözləntimiz budur ki..." | Ceyhun Bayramov mina problemindən danışdı - Baku TV
