Pleyeri seçin:

Avropada sürücüləri şoka salan artım | Dizel niyə bu qədər bahalaşdı?

25 mart 2026 155 baxış

“Neftin kağız fyuçerslərinin manipulyasiyası onu yanacaqdoldurma məntəqələrində real yanacağa çevirməyəcək”.

Bu barədə İran parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf “X” sosial şəbəkəsində bildirib.

“Neft fyuçerslərinə təsir göstərmək üçün işə götürülən firmalar da daxil olmaqla qiymətli kağız bazarında baş verənlərdən xəbərdarıq. İctimai rəyi manipulyasiya etmək üçün daha böyük bir kampaniya da görürük. Ancaq görək bunu yanacaqdoldurma məntəqələrində “həqiqi yanacağa” çevirə biləcəklərmi və ya benzin molekullarını çap edə biləcəklərmi”, – deyə o yazıb.

Qeyd edək ki, Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr fonunda Avropada neft məhsullarının qiymətləri yüksəlir və tarixi maksimuma yaxınlaşır. Bunu “Platts” agentliyinin məlumatları göstərir.

Hesabata əsasən, az kükürdlü qazoylun fyuçersləri 17 dollar artaraq 1350 dollara çatıb ki, bu da 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyədir. Eyni zamanda dizelin spot qiymətləri əvvəlki rekordları aşaraq Avropanın şimal-qərbində – 1505 dollara yüksəliub.

“Insights Global”ın məlumatına görə, Amsterdam-Rotterdam-Antverpen mərkəzində dizel və qazoyl ehtiyatları həftəlik olaraq təqribən 5 faizə qədər azalaraq 2 milyon 89 tona düşüb.

Aviayanacaq bazarı gərgin olaraq qalır. Kerosin ehtiyatları illik müqayisədə təqribən 14 faizə azalaraq 737 min tona düşüb ki, bu da ardıcıl dördüncü həftədir azalma deməkdir.

Bundan əlavə, neftin qiymətləri yüksəlir. “Dated Brent”in spot premium qiyməti 2022-ci ilin avqustundan bəri ən yüksək olan barel üçün 4 dollara çatıb.

Analitiklər mövcud tendensiyanı Fars körfəzindəki vəziyyət fonunda təklifin qeyri-sabitliyi ilə əlaqələndirirlər.

Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib

Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib

Dünya
25 iyun 2026 155 baxış
Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Dünya
25 iyun 2026 155 baxış
Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı

Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı

Dünya
25 iyun 2026 155 baxış
İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

Dünya
25 iyun 2026 155 baxış
Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Dünya
25 iyun 2026 155 baxış
Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Baş nazirlər əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Dünya
25 iyun 2026 155 baxış
Moda həftəsi iyunun 28-dək davam edəcək

Moda həftəsi iyunun 28-dək davam edəcək

Dünya
25 iyun 2026 155 baxış
Sensasiya: Rusiya kütləvi səfərbərliyə gedəcəkmi? - Baku TV CANLI

Sensasiya: Rusiya kütləvi səfərbərliyə gedəcəkmi? - Baku TV CANLI

Dünya
25 iyun 2026 155 baxış
İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir

İki ölkənin vahid dövlətdə birləşməsi layihəsi rəsmi müstəviyə keçir

Dünya
25 iyun 2026 155 baxış
Vassim Əl-Haffarın şəxsi qarajındakı nadir avtomobil modelləri

Vassim Əl-Haffarın şəxsi qarajındakı nadir avtomobil modelləri

Dünya
25 iyun 2026 155 baxış
Seçilmişlər
icon