Dünya
Pleyeri seçin:

Avropadakı fırtınanın dəhşətli görüntüləri

27 noyabr 2023

Krım yarımadasında baş verən güclü tufan nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.

Regionun Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 350-dən çox insan təxliyə edilib.

Qeyd edək ki, Krımda güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Noyabrın 26-dan başlayaraq yarımadada müşahidə olunan fırtınalı külək Krımın yarım milyon sakinini elektrik enerjisiz qoyub. Krımda içməli suyun tədarükündə də fasilələr yaranıb. Sinoptiklərin “Əsrin fırtınası” adlandırdıqları bu təbii fəlakət Yalta və Saki kimi kurort şəhərlərində qaz xətlərini sıradan çıxarıb.

Yevpatoriyada dəniz sahildən çıxaraq bir neçə yolu su altında qoyub. Şəhərə aparan bütün yollar bağlıdır. Yevpatoriyanın su altında qalan rayonlarındakı əhaliyə yardım etmək üçün xilasedici qruplar göndərilib. Tuapse, Gelencik, Anapa, Novorossiysk sahil rayonlarında dalğanın hündürlüyü 8 metrə çatıb.

Fırtına səbəbindən təyyarələr Soçi aeroportuna enə bilmir. Soçinin meri Aleksey Kopayqorodski bütün xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirilməsini tapşırıb. Anapada yerli hakimiyyət orqanları dərslərin keçirilməsini dayandırıblar. Fırtına Krasnodara da çatıb. Güclü külək burada evlərin damını uçurub. Pis hava şəraiti səbəbindən Karasunsk, Kuban və Mərkəzi dairələrində yaşayış evləri elektrik enerjisiz qalıb.

Ukraynada da güclü qar və külək səbəbindən 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Odessadakı böyük istilik sistemi fəaliyyətini dayandırıb.

Əlverişsiz hava şəraiti Moskvada hava limanlarının fəaliyyətini də iflic edib. Ölkə mediasının xəbərinə görə, güclü qar səbəbindən Vnukovo və Şeremetyevo hava limanlarında 26 reys gecikib, 4 reys təxirə salınıb.

Analoji hal Domodedovo aeroportunda da yaşanıb. Belə ki, paytaxtda müşahidə olunan qeyri-sabit hava 13 reysin gecikməsinə, 2-sinin isə təxirə düşməsinə səbəb olub. 

Braziliyada sel fəlakətində ölənlərin sayı məlum oldu

Braziliyada sel fəlakətində ölənlərin sayı məlum oldu

Dünya
05 may 2024
Rusiya Baltikyanı ölkələrlə münasibətləri niyə dayandırıb?

Rusiya Baltikyanı ölkələrlə münasibətləri niyə dayandırıb?

Dünya
05 may 2024
ABŞ-də süni intellektlə işləyən hərbi döyüş təyyarəsi test edildi

ABŞ-də süni intellektlə işləyən hərbi döyüş təyyarəsi test edildi

Dünya
05 may 2024
Gürcüstanda etirazlar dayanmır | Minlərlə insan küçəyə axışdı

Gürcüstanda etirazlar dayanmır | Minlərlə insan küçəyə axışdı

Dünya
05 may 2024
Ukraynaya ayrılan pullar harada saxlanılır? | Blinkendən açıqlama

Ukraynaya ayrılan pullar harada saxlanılır? | Blinkendən açıqlama

Dünya
04 may 2024
Ukraynada kəskin bahalaşma davam edir | İki ildir qarderobumu yeniləmirəm...

Ukraynada kəskin bahalaşma davam edir | İki ildir qarderobumu yeniləmirəm...

Dünya
04 may 2024
Zelenski və Poroşenko nədə ittiham olunur? | Rusiya DİN-dən məlumat

Zelenski və Poroşenko nədə ittiham olunur? | Rusiya DİN-dən məlumat

Dünya
04 may 2024
Putin “Crocus”dakı hücumda qəhrəmanlıq edən 3 nəfəri belə mükafatlandırdı

Putin “Crocus”dakı hücumda qəhrəmanlıq edən 3 nəfəri belə mükafatlandırdı

Dünya
04 may 2024
CHP lideri ilə Ərdoğanın təkbətək görüşündə nələr baş verdi?

CHP lideri ilə Ərdoğanın təkbətək görüşündə nələr baş verdi?

Dünya
04 may 2024
Təbii fəlakət Braziliyanı alt-üst etdi | Dəhşətə gətirən görüntülər

Təbii fəlakət Braziliyanı alt-üst etdi | Dəhşətə gətirən görüntülər

Dünya
04 may 2024
Seçilmişlər
icon