Pleyeri seçin:

Avropalı ekspertdən Ukrayna ilə bağlı qorxunc proqnoz

16 aprel 2024 302 baxış

2 ildən çoxdur Ukraynada davam edən genişmiqyaslı müharibə getdikcə daha çox dağıntılara və insan tələfatına səbəb olur. Hər gün yayılan xəbərlərdə Ukraynaya dünyanın yardımının getdikcə azalması, bunun fonunda döyüşlərin şiddətlənməsi vəziyyəti daha da mürəkkəbləşirib.

Slovakiyalı ekspert Jozef Hrabina Baku TV-nin Şərqi Avropa bürosuna müharibənin uzanacağını və uzandıqca daha geniş platformaya keçərək Şərqi Avropaya böyük zərər verəcəyini bildirib.

“Hazırda bütün göstəricilər müharibənin qalıcı olduğunu göstərir. Biz görürük ki, Rusiya hazırda istər hərbi sənayedə, istər hərbi xidmətdə, istər səfərbərlikdə, istərsə də iqtisadiyyatda genişmiqyaslı müharibəni davam etdirməyə yönəlmiş uzunmüddətli siyasət aparır. Ölkənin hərbi-sənaye kompleksi fasiləsiz çalışır. Rusiyanın bu gün cəbhə xətti boyunca davam etdirdiyi hazırkı əməliyyat tempi münaqişənin başlanmasından bəri ən yüksək səviyyəlidir.

Digər tərəfdən, Qərb müttəfiqləri Ukraynaya bacardıqları qədər dəstək verməyə çalışırlar. Biz koalisiyanın, Fransanın Ukraynanın Belarusla şimal sərhədinin təhlükəsizliyini təmin etmək səylərini görürük. Məqsəd Ukraynanın öz qoşunlarını cənub və şərqdə, əsasən də Rusiyanın əməliyyatlarının genişləndiyi Donetsk bölgəsində yerləşdirə bilməsinə şərait yaratmaqdır.

Bu qərarlarla biz görürük ki, Avropa və NATO müttəfiqləri arasında müxtəlif yanaşmalar var və bu vəziyyəti necə həll etməklə bağlı aralarında fikir ayrılığı olsa da, Qərb Ukraynaya uzunmüddətli dəstək göstərmək niyyətindədir. Buna baxmayaraq, görünür ki, Ukraynaya dəstək bir növ Fransa və Polşa kimi ayrı-ayrı aktorların fərdi səylərinə və fərdi siyasətlərinə əsaslanacaq.

Bir müddət sonra Böyük Britaniyadan və bəlkə də ABŞ-dən nəsə gözləyə bilərik. Qərb ölkələrinin artan iştirakı ilə eskalasiyanın daha da yükəlməsi ehtimaları reallığa çevrilir və biz görürük ki, bu müharibə tərəflərindən heç biri sülh danışıqlarına hazır deyil”, – o əlavə edib.

Qeyd edək ki, Ukrayna cəbhəsində müvəqqəti sakitlikdən sonra yenidən aktiv əməliyyatlara start verilib. Ukrayna Xarkov və Donetsk vilayətləri istiqamətində ciddi itkilərə məruz qalır.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 302 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 302 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 302 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 302 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 302 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 302 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 302 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 302 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 302 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 302 baxış
Seçilmişlər
icon