Avropaya köç edən ukraynalı qaçqınlar yavaş-yavaş sıxışdırılır
“Danimarka Ukraynadan gələn hər kəsin Danimarkada qala biləcəyini bəyan etmək niyyətində deyil. Ukraynalı qaçqınlar müharibə başa çatdıqdan sonra evlərinə qayıtmalıdırlar”.
Bunu Danimarkanın immiqrasiya naziri Bek deyib.
O bildirib ki, Ukrayna öz vətəndaşlarının geri qayıtmasına maraqlı olmalıdır və Danimarka da buna hörmət etməlidir:
“Ukraynadan olan qaçqınların Danimarkada qalma müddətinin uzadılmasının əleyhinəyəm. Onlara yaşamaq və işləmək icazəsini təmin edən qanun 2025-ci ilin mart ayına qədər qüvvədədir. Bu qanunun müddəti bitdikdən sonra yaşayış icazəsi olan 30 278 ukraynalı yenidən Danimarkadan sığınacaq üçün müraciət etməli olacaq”.
Qeyd edək ki, artıq ukraynalı qaçqınlar avropa ölkələri vətəndaşları arasında getdikcə daha çox arzuolunmaz şəxslərə çevrilirlər.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
