Avropaya səfər etmək istəyənlər üçün yeni qaydalar
2025-ci ilin iyul ayının sonundan etibarən Avropa İttifaqının Şengen zonasının xarici sərhədlərində yeni sərhəd nəzarəti qaydaları qüvvəyə minəcək.
Tətbiq ediləcək yeni rəqəmsal sistem avtomatik olaraq ad və soyad, barmaq izləri, üz fotosu, giriş-çıxış tarixi və vaxtını, həmçinin sərhədin keçildiyi nöqtəni qeydiyyata alacaq. Bu həm viza rejiminə malik üçüncü ölkələrin vətəndaşlarını, həm də vizasız səyahət edənləri əhatə edir.
Sistem sayəsində Avropa İttifaqında qalma müddətinin ötməsini daha tez və dəqiq müəyyən etmək, saxta sənədləri üzə çıxarmaq, üzv dövlətləri arasında məlumat mübadiləsini yaxşılaşdırmaq mümkün olacaq.
Məqsəd təhlükəsizliyin gücləndirilməsi, terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizədə effektiv nəticələrə nail olmaqdır.
Sistem növbəti altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. O, Şengen zonasının bütün xarici sərhədlərini – həm hava limanlarını, həm də quru və dəniz sərhəd keçidlərini əhatə edəcək.
#Avropa İttifaqı teqi istifadə olunub
- Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək
- Londonla Brüssel arasındakı mühüm görüşün taleyi yenə qeyri-müəyyən qaldı - Baku TV
- İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI
- Aİ-nin yeni büdcə planı Almaniyada narazılıq yaradıb
- Seutadakı vəziyyətə görə İspaniyaya əlavə maliyyə yardımı ayrılır
