Aysberqlərin parçalanmasının sirri açıldı | 47 illik araşdırma üzə çıxardı ki...
Beynəlxalq alimlər qrupu 1976-cı ildən 2023-cü ilə qədər hər il Antarktida buzlaqlarından qoparaq əmələ gələn ən iri aysberqləri uzunmüddətli araşdırıblar.
Tədqiqat zamanı müəyyən olunub ki, ən iri aysberqlərin sahəsi zamanla bir qədər azalsa da, onların parçalanması ilə bağlı ekstremal hadisələrin baş vermə riski qlobal istiləşməyə baxmayaraq, artmayıb.
Lakin tədqiqatçılar qeyd ediblər ki, qlobal istiləşmə daha kiçik buz parçalarının qopma tezliyini sürətləndirir. Bu proseslər buzlaqların uzunmüddətli stabilliyini təhdid edə və dünya okeanının səviyyəsinə təsir göstərə bilər.
Tədqiqatçılar matematik modelləşdirmə vasitəsilə Antarktidada yaxın gələcəkdə təxminən İsveçrə ərazisi böyüklüyündə, 39 min kvadratkilometr sahəyə malik nəhəng bir aysberqin əmələ gəlməsinin mümkün olduğunu müəyyən ediblər. Bu ölçüdə bir aysberqin yaranması təxminən hər əsrdə bir dəfə baş verən nadir hadisələrdən biri hesab olunacaq.
#Antarktida teqi istifadə olunub
- Keniyalı ikiqat olimpiya çempionu Eliud Kipçoqe Antarktidada qaçmağı planlaşdırır
- Antarktidada sirli hadisə | Baş verənləri kimsə izah edə bilmir, çünki...
- “Gizli dünya”da nələr var? - Antarktidada aşkarlananlar dünyaya səs saldı
- Yer kürəsində görün nə yaranır | Bu geoloji möcüzə sübut edir ki...
- Alimlər bu suala düz 70 ildən sonra cavab tapdı
