Ayşe Barım hökuməti devirməyə çalışıb? | Yeni məlumatlar ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ayşe Barım işi çərçivəsində izahat verən aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu haqqında “yalan ifadə vermə” səbəbi ilə istintaq başladılıb.
“ID İletişim” şirkətinin meneceri və sahibi Ayşe Barım isə “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdlərə kömək etmək və ya onun vəzifələrini yerinə yetirməsinə mane olmaq” ittihamı ilə həbs olunması tələbi ilə məhkəməyə göndərildiyinə baxmayaraq, prokurorluqda 3 saata yaxın izahat verdikdən sonra Halit Ergenç və Rıza Kocaoğlu ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Sözügedən şəxslər Gəzi parkı etirazlarına öz istəkləri ilə qatıldıqlarını desələr də, prokuror istintaqa əsas kimi etirazların başladığı vaxt onların Ayşe Barımla əlaqə saxlamasını göstərib.
Prokuror Gəzi parkında Ayşe Barımla birlikdə olduğu iddia edilən R.Kocaoğlu və H.Ergençin şübhəlinin lehinə cavablar verdiyi qənaətinə gəlib.
Bundan əlavə, aktyor Memet Ali Alabora ilə görüntüləri ilə bağlı açıqlamaları, o zaman heç bir əlaqəsi olmadığını bildirməsi “yalan izahat” araşdırmasına səbəb olub.
#Türkiyə teqi istifadə olunub
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
