Badalyan Nikolu ifşa etdi | Paşinyanın Rusiyadakı saxtakarlığı üzə çıxdı
“Ermənistanın Baş naziri Nikol Paşinyan doğrudan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi”.
Bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan, sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün anti-Rusiya elektoratı qarşısında özünə haqq qazandırdı”, – Badalyan bildirib.
Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında “Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır” deyə bildirmişdi.