Badalyandan qalmaqallı iddia | Gizli razılaşma, silah sövdələşməsi, yoxsa...?
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı müxtəlif yozumlara yol açıb”.
Erməni politoloq Akop Badalyan bu telefon danışığının təsadüfi olmadığına diqqət çəkib.
O qeyd edib ki, Suriya lideri Şaraa Türkiyəyə səfər edəndən iki gün sonra Fransa Prezidenti Makronla telefon danışığı aparıb. 7 fevralda isə Makronla Ərdoğan arasında telefon əlaqəsi baş tutub:
“Makron və Ərdoğan Suriya Prezidenti Şaraa ilə ardıcıl təmaslardan sonra nəyi müzakirə edə bilərdilər? Bu ardıcıllıq onu deməyə əsas verir ki, Makron-Ərdoğan telefon danışığı hansısa razılaşma ilə bağlıdır. Məsələ burasındadır ki, o “əlaqə” hansı zaman və məkan üçündür, çünki bizə maraqlı olan bu razılaşmanın Qafqaza çatıb-çatmayacağıdır”.
Bu arada, Türkiyə “Meteor” raketlərinin alınması ilə bağlı danışıqlar aparır və Yunanıstan Baş naziri ötən gün buna görə Makrona narahatlığını çatdırmışdı. Halbuki Yunanıstan “Meteor” raketləri ilə təchiz edilmiş 24 “Rafale” təyyarəsi alıb.
Fransa həmçinin Ermənistanın silahlanmasında xüsusi rol oynayır və Azərbaycana qarşı İrəvanı qızışdırmağa davam edir.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
