Pleyeri seçin:

Başqa orduların ərazilərimizə buraxılmasına maneə yoxdur | Ali Radanın komitə sədri

10 may 2024 705 baxış

Ukraynada gedən müharibəyə Qərb dövlətlərinin ordularının cəlb olunması məsələsi ölkədə ciddi müzakirələrə səbəb olub. Vətəndaşların bir qismi bu fikri alqışlasa da, digərləri bunun qanunla qadağan olduğunu deyir.

Ekspertlər hesab edirlər ki, siyasi iradə tapılarsa, bu məsələdə hüquqi bazanı tənzimləmək mümkündür.

“Ukrayna ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsi məsələsi siyasi dairələrdə geniş müzakirə olunur. Bu ideya ilə bağlı konstitusiyaya dəyişiklik edilməsinə gəldikdə, şəxsən mən hüquqşünas və beynəlxalq ekspert kimi bu məsələdə ziddiyyət və fikir ayrılıqları görmürəm. Çünki konstitusiyada vətəndaşların, rəhbərliyin ölkənin ərazi bütövlüyünün təmin edilməsi, milli dövlətçilik, müdafiəsinə bağlı fundamental əsaslar öhdəliklər kimi müəyyən edilib.

Bu ilin ilk aylarında ABŞ, Fransa, Almaniya və sair ölkələrlə bir sıra sənədlərə imza atılıb. Bir vacib məqam ondan ibarətdir ki, bu sənədlər ümumi təhlükəsizliyi əhatə edir. Yəni onlar qoşun yeridilməsini nəzərdə tutmur. Hesab edirəm ki, siyasi iradə və Ukrayna tərəfindən müraciət olarsa, hüquqi baza tapılacaq. Bu halda məsələdə hüquqi ziddiyyət görmürəm”, – beynəlxalq ekspert Andrey Buzarov bildirib.

Ukraynada Ali Radanın Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski isə qeyd edir ki, müharibə şəraitində ölkənin suveren təhlükəsizliyi səbəbi ilə bu məsələ konstitusiyaya zidd deyil.

“Nə milli qanunvericilik, nə də beynəlxalq hüquq nöqteyi-nəzərindən başqa dövlətlərin silahlı qüvvələrinin Ukrayna ərazisinə buraxılmasına və ərazimizin azad edilməsində onların köməyini qəbul etməsinə heç bir maneə yoxdur. Yəni beynəlxalq hüquq normaları, milli qanunvericilik, Ukrayna Konstitusiyası bizə bu məsələləri həll etməyə imkan verir. Şübhə yoxdur ki, ərazilərimizin azad edilməsində potensial olaraq iştirak edəcəklərinə qərar verə bilən müttəfiqlərimiz bizim imkanlarımızı gücləndirəcək və müharibənin daha tez bitməsinə töhfə verəcəklər”, – o vurğulayıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 705 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 705 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 705 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 705 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 705 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 705 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 705 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 705 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 705 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 705 baxış
Seçilmişlər
icon