Dünya
Pleyeri seçin:

Bayden debatdan sonra prezidentlikdən əl çəkdi? | Ağ Evdən açıqlama

03 iyul 2024

Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden sabiq ölkə başçısı Donald Trampla keçirdiyi debatda müzakirələrə səbəb olan çıxışı ilə bağlı açıqlama verib.

O, qarşılaşmada yol verdiyi səhvləri gərgin səyahət cədvəli ilə əlaqələndirib. Hətta “Mən çox da ağıllı hərəkət etməmişəm, səhnədə olarkən az qalırdı ki, yuxuya gedim” açıqlaması ilə diqqətləri yenidən üzərinə çəkib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer isə C.Baydeni dəstəkləyərək ölkə rəhbərinin cavan olmadığını və əvvəlki illə müqayisədə indi daha yaxşı vəziyyətdə olduğunu açıqlayıb:

“Onu deyə bilərəm ki, həmin gecə çox pis bir gecə idi. Prezident də bununla bağlı açıqlama verib və debatın yaxşı keçmədiyini özü də başa düşür. Mən bundan artıq sizə heç nə deyə bilmərəm. Ölkə başçısı barəsində illik dərc olunan sağlamlıq məlumatları və hesabatlar var. Biz bunu həyata keçirməyə davam edəcəyik. Əlimizdə bundan başqa informasiya yoxdur.

Onu da qeyd edim ki, tibbi heyətin bizə verdiyi məlumata görə, ölkə rəhbərinin koqnitiv, yəni əqli testə ehtiyacı yoxdur. Bu, hazırda vacib deyil. Amma sözsüz ki, sizi başa düşürük. Ortaya çıxan mənzərə pis idi. Bildirmək istəyirəm ki, Prezident öz fəaliyyətini əvvəl olduğu kimi davam etdirəcək”.

Kopyalandı
Meşə ərazisi alova qərq oldu | Nyu-Cersidən görüntülər

Meşə ərazisi alova qərq oldu | Nyu-Cersidən görüntülər

Dünya
06 iyul 2024
İranda keçirilən seçkilərdə Məsud Pezeşkian prezident seçildi

İranda keçirilən seçkilərdə Məsud Pezeşkian prezident seçildi

Dünya
06 iyul 2024
Türkiyə UEFA-nın Merih Demiralla bağlı qərarına münasibət bildirib

Türkiyə UEFA-nın Merih Demiralla bağlı qərarına münasibət bildirib

Dünya
06 iyul 2024
Türkiyə səmasında meteorun anbaan görüntüləri

Türkiyə səmasında meteorun anbaan görüntüləri

Dünya
06 iyul 2024
Putinlə Orbanın Moskva görüşünün detalları açıqlandı

Putinlə Orbanın Moskva görüşünün detalları açıqlandı

Dünya
05 iyul 2024
Rusiyada dəhşətli qasırğa gözlənilir | Əhaliyə təcili xəbərdarlıq

Rusiyada dəhşətli qasırğa gözlənilir | Əhaliyə təcili xəbərdarlıq

Dünya
05 iyul 2024
Rahiblərin gizli tunellərlə canlarını xilas etdiyi sirlərlə dolu abidə - ARAŞDIRMA

Rahiblərin gizli tunellərlə canlarını xilas etdiyi sirlərlə dolu abidə - ARAŞDIRMA

Dünya
05 iyul 2024
Xalqların qeyri-adi totem simvolları | Demiralın gündəmi silkələyən işarəsi

Xalqların qeyri-adi totem simvolları | Demiralın gündəmi silkələyən işarəsi

Dünya
05 iyul 2024
Ərdoğandan UEFA-nın Demiralla bağlı qərarına sərt reaksiya

Ərdoğandan UEFA-nın Demiralla bağlı qərarına sərt reaksiya

Dünya
05 iyul 2024
Putinlə Orbanın Moskva görüşündə vacib müzakirə

Putinlə Orbanın Moskva görüşündə vacib müzakirə

Dünya
05 iyul 2024
Seçilmişlər
icon