Dünya
Pleyeri seçin:
Bayden Həsən Nəsrullahın qətlinə haqq qazandırdı | ABŞ-dən İsrailə tam dəstək
ABŞ Prezidenti Co Bayden “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsini ədalətli hesab etdiyini bildirib.
“Həsən Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah” terror qruplaşması 40 illik “fəaliyyətində” yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıyır. Onun İsrailin hava hücumu ilə ölümü minlərlə amerikalı, israilli və minlərlə insan da daxil olmaqla çoxsaylı qurbanlar üçün ədalət ölçüsüdür”, – deyə Co Bayden bildirib.
Ağ Ev rəhbəri bəyan edib ki, Birləşmiş Ştatlar İsrailin “Hizbullah”, HƏMAS, husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünümüdafiə hüququnu tam dəstəkləyir.
Kopyalandı
Seçilmişlər