Bir ölkədə üç de-fakto ola bilməz! | Kobaxidze od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
“Salome Zurabişvili öz postunu tərk etməli olacaq”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyanın “Vzqlyad” qazetinə Prezident Salome Zurabişvilinin vəzifəsinə davam edəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
“Bir ölkədə üç de-fakto prezident ola bilməz. Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir. Biz sadəcə olaraq bunu ciddi qəbul edə bilmərik. Dekabrın 29-da S.Zurabişvili öz postunu tərk etməli olacaq və onun yerinə yeni seçilmiş Prezident Mixeil Kavelaşvili gələcək”, – deyə İ.Kobaxidze bildirib.
Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.
#Gürcüstan teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- "Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
