"Zəfərdən Doğan Qürur" | Qonşu ölkədə tarixi Qələbəmiz qürurla qeyd olundu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Məhəbbət İmanov Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqın milli birliyinin, iradəsinin və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildirib.
Digər çıxış edənlər də Vətən uğrunda canlarından keçən şəhidlərin fədakarlığının heç vaxt unudulmayacağını vurğulayıblar.
Tədbir çərçivəsində mərkəzin rəsm kursu şagirdlərinin 44 günlük Vətən müharibəsinə və tarixi Zəfərə həsr olunmuş əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. Proqram Gürcüstan və Azərbaycan milli rəqsləri, eləcə də saz ifaları ilə davam edib.
#Gürcüstan teqi istifadə olunub
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
- Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI
- İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
