“Əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün...” | Prezident Zəfərə aparan yoldan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bizim əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verib şəhid olmuşlar, yaralanmışlar, şəhadət zirvəsinə ucalmışlar. Yəni bizi irəliyə aparan milli ruhumuz idi.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.
“Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Ərdoğan və xanımını hava limanında qarşıladılar - Baku TV
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər - Baku TV
- Ərdoğan Azərbaycanda | Türkiyə Prezidentinin qarşılanma anı "Haber Global"da - Baku TV
- İlham Əliyevin 44 günlük Vətən müharibəsi barədə çıxışı "Haber Global"da - Baku TV
