Pleyeri seçin:

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

06 noyabr 2026 63 baxış

İranın TRIPP layihəsinə qarşı ritorikası diplomatik etiraz çərçivəsini aşaraq hərbi təhdid müstəvisinə keçib.

İranın ali dini liderinin xarici məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Ermənistandakı TRIPP infrastrukturunun hədəfə alına biləcəyini bildirməsi bölgədə Tehranın real müdaxilə niyyəti ilə bağlı müzakirələri artırıb.

Beynəlxalq münasibətlər üzrə ekspert, professor Toğrul İsmayıl hesab edir ki, bu açıqlamalar birbaşa hərbi müdaxilə ehtimalından daha çox İranın bölgədə formalaşan yeni geosiyasi və təhlükəsizlik arxitekturasına münasibətini əks etdirir.

Onun sözlərinə görə, İranın birbaşa müdaxilə ehtimalını tamamilə istisna etmək olmaz:

“İranın bu cür açıqlamaları bölgədə baş verən proseslərə nə qədər həssas yanaşdığını göstərir. Tehran həm də Ermənistanla ABŞ arasında imzalanan anlaşmalara və Qərbin bölgədə mövqelərinin güclənməsinə isti baxmır”.

Ekspert Vilayətinin Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyini qorumağa hazır olduqları barədə bəyanatını da siyasi mesaj kimi qiymətləndirib. O bildirib ki, Tehran bu yolla Rusiyanın da mövqeyini özünə yaxın göstərməyə çalışır.

Toğrul İsmayılın fikrincə, İranın sərt ritorikasının səbəblərindən biri Azərbaycanın Türkiyə və Türk dünyası ilə əməkdaşlığının güclənməsi, bölgədə yeni təhlükəsizlik sisteminin formalaşmasıdır:

“Azərbaycan Şuşa Bəyannaməsi ilə bölgədə yeni təhlükəsizlik sisteminin formalaşmasının əsas iştirakçılarından birinə çevrilib. İran isə bu proseslərdən kənarda qaldığı üçün sərt açıqlamalar verir. Birbaşa Azərbaycan və Türkiyəni hədəf göstərmək əvəzinə daha zəif tərəf kimi Ermənistan üzərindən mesajlar verməyə çalışır”.

Banner
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 63 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 63 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 63 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 63 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 63 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 63 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 63 baxış
Şavkat Mirziyoyev İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib - Baku TV

Şavkat Mirziyoyev İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
05 noyabr 2026 63 baxış
İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI

İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 63 baxış
Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV

Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV

Siyasət
05 noyabr 2026 63 baxış
Seçilmişlər
icon