Pleyeri seçin:

BMT ilk dəfə bəyan etdi ki... | Qəzzada ölüm halları kəskin arta bilər

22 avqust 2025 458 baxış

Birləşmiş Millətlər Təşkilatı 2023-cü ilin oktyabrın 7-dən bəri başlayan İsrail-Fələstin münaqişəsindən sonra ilk dəfə Qəzzada fəlakətli aclıq vəziyyətinin yaşandığını elan edib.

Bununla əlaqədar olaraq BMT-nin tərkibində fəaliyyət göstərən müxtəlif qurumlar və humanitar təşkilatlar birgə bəyanat yayıblar.

Bildirilib ki, bu vəziyyət kəskin ərzaq çatışmazlığı şkalasının ən yüksək səviyyəsidir.

“Qəzza zolağında yarım milyondan çox insan qida çatışmazlığı və yoxsulluqdan aclıq çəkir”, – deyə sənəddə qeyd olunub.

Bəyanatda sentyabrın sonunadək Qəzzada vəziyyətin “fəlakətli” olacağı bildirilir. Həmçinin qeyd olunub ki, gələn ilin iyun ayına qədər Qəzzada 5 yaşına qədər 132 min uşaq qida çatışmazlığı təhlükəsi ilə üzləşəcək. 59 səhifəlik hesabatda “dərhal və miqyaslı cavab” tələb edilib.

“İstənilən gecikmə aclıqla əlaqəli ölüm hallarının artmasına səbəb olacaq”, – hesabatda qeyd olunub.

Öz növbəsində, İsrail hakimiyyəti bu hesabatı “yalan və qərəzli” adlandırıb.

BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Tomas Fletçer Cenevrədə keçirdiyi brifinqdə bəyan edib ki, əgər hərbi əməliyyatlar dayandırılarsa və Qəzza zolağındakı keçid məntəqələrinin işləməsinə icazə verilərsə, humanitar təşkilatlar Qəzza sakinlərini ərzaq və humanitar yardımla təmin edə bilər.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 458 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 458 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 458 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 458 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 458 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 458 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 458 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 458 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 458 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 458 baxış
Seçilmişlər
icon